Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunmuşdur.

22 noyabr 2016 | 11:00

   22 noyabr 2016-cı il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətində ədliyyə işçilərinin peşə bayramı günü ilə əlaqədar tədbir keçirilmişdir.Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini yad etmiş, rayon İcra Hakimiyyəti qarşısındakı adibidəsi önünə tər çiçəklər qoymuşlar.Tədbir sonra rayon İcra Hakimiyyətində davam etdirilmişdir. Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.
   Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov Azərbaycanda ədliyyə sisteminin yaranma və inkişaf  tarixindən, ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışaraq, ədliyyə işçilərini 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə təbrik etmişdir.
   Tədbirdə Ağcabədi rayon Məhkəməsinin sədri Xanlar Fərhadov geniş məruzə ilə çıxış etmişdir. Sonra rayon Prokuroru Salman Səmədov, rayon Polis şöbəsinin rəisi Məhəmməd İbrahimov, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi Natiq Zamanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi Yalçın Sadıqlı, rayon Mərkəzi xəstəxanasının baş həkimi Azad Hüseynov, rayon Təhsil şöbəsinin müdiri Solmaz Rəhimova, rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Rza Quliyev, rayon Subartezian Quyularının İstismarı idarəsinin rəisi Əli Əliyev və digərləri çıxış edərək ədliyyə işçilərini peşə bayramları münasibəti ilə təbrik etmiş və gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.

Keçidlər