Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “Energetiklər Günü" qeyd olundu

20 oktyabr 2016 | 11:00

      Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il oktyabrln 13-ü sərancamı ilə "Energetiklər Günü" peşə bayramı təsis olunub. Hər il oktyabrın 20-si Azərbaycanda "Energetiklər Günü" peşə bayramı kimi qeyd olunur .
  20.10.2016-ci il tarixdə  Ağcabədi rayonunda  “Energetiklər Günü"  qeyd olundu . Tədbir iştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm heykəlinin önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etdilər. Daha sonra əhaliyə elektrik enerjisinin təminatında nümunəvi xidmətinə görə fərqlənən bir qrup Ağcabədi rayon Paylayıcı Elektrik Şəbəkəsi  işçisinə Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanı verilmişdir.

 

Keçidlər