Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 18 Oktyabr Milli müstəqillik günü qeyd edildi

19 oktyabr 2016 | 11:00

18.10.2016-ci il tarixdə Ağcabədi rayonunda 18 Oktyabr Milli müstəqillik günü qeyd edildi.Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Cənab Şahin Məmmədov bildirdi ki müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı.
    Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. XX ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir.Azərbaycanın Dövlət Müstəqilliyi günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biri hər il 18 oktyabrda qeyd edilir.
    Tədbir rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı konsert proqramı ilə davam etdi.

Keçidlər