Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 20 sentyabr - “Neftçilərin peşə bayramı günü” qeyd edilmişdir.

20 sentyabr 2016 | 11:00

     20 sentyabr 2016-cı il  tarixdə Ağcabədi rayonunda  20 sentyabr - Neftçilərin  peşə bayramı günü”  ” münasibəti ilə  tədbir keçirilmişdir. Qeyd edək ki, 20 sentyabr 2001-ci ildən ulu öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda “Neftçilər günü” kimi qeyd edilir. Bu günün neftçilərin peşə bayramı günü kimi qeyd olunması 1994-cü il sentyabrın 20-də “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında imzalanan və öz tarixi, siyasi, beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırılan müqavilənin imzalanması ilə bağlıdır.
     Tədbir iştirakçıları rayon İcra Hakimiyyəti binasının önündə ucaldılmış Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, Onun əziz xatirəsini ehtiramla yad etmişlər.

Keçidlər