Şriftin ölçüsü :

Saytın rəngi :

Üzeyir musiqi günü

20 sentyabr 2016 | 11:00

Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə hər il 18 sentyabr yəni, Üzeyir Hacıbəylinin  doğum tarixi Üzeyir musiqi günü kimi qeyd olunmağa başlanmışdır.Bu münasibətlə Ağcabədi Rayon Mədəniyyət və Turizm şöbəsinin tabeçiliyində olan müəssisələrdə silsilə tədbirlər keçirilir və tədbirlərdə çıxış edən natiqlər qeyd edirlər ki, Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O, 19-cu əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirmiş, Azərbaycan və ümumiyyətlə Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirmişdir. Hacıbəyov həm də böyük musiqişunas alim idi. O, müasir Azərbaycan elmi musiqişunaslığının əsasını qoymuş, musiqiyə dair çoxlu məqalələr yazmış, tədqiqatlar aparmışdır. 2009-cu ildən başlayaraq Azərbaycanda Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir. Festivalda Azərbaycan bəstəkarları və musiqiçiləri ilə birgə yaxın və uzaq ölkələrdən gəlmiş musiqiçilər də iştirak edirlər.

Keçidlər