Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində Füzuli və Cəbrayıl rayonlarının işğalının 23-cü ildönümü ilə qeyd olundu

23 avqust 2016 | 11:00

       23 avqust 2016-cı il tarixində Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi və YAP Ağcabədi rayon təşkilatının təşkilatçılğı ilə Füzuli və Cəbrayıl rayonlarının işğalının 23-cü ildönümü ilə əlaqədar olaraq dəyirmi masa keçirilmişdir.
    Tədbirdə əvvəlcə Qarabağ uğrundə gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
    Daha sonra Ağcabədi rayon  Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa tədbiri giriş sözü ilə açaraq bildirdi ki, ötən əsrin 90-cı illərinin əvvəllərində vahid hərbi birləşmələrə malik olmayan Azərbaycan ordusu xarici qüvvələr tərəfindən gücləndirilmiş Ermənistan ordusunun hücumlarına tab gətirə bilmədi. Bunun nəticəsində 23 il bundan öncə Füzuli və ardınca isə Cəbrayıl rayonları düşmən ordusu tərəfindən işğala məruz qaldı. Amansız düşmənlə üz-üzə müdafiəsiz qalmış əhali öz doğma ev-eşiyini tərk etməyə məcbur oldu. Bu rayonlarımızın müdafiəsi zamanı xalqımızın minlərlə igid oğulları qəhrəmancasına həlak olmuşlar.
      Məhsəti Musa sonda onu da qeyd etdi ki, biz inanırıq ki, cənab Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti nəticəsində erməni işğalı altında olan torpaqlarımız tezliklə azad olunacaq. Bu il baş vermiş “aprel döyüşləri” də köçkün düşmüş bacı və qardaşlarımızın öz doğma torpaqlarına qayıdacaq günün elə də uzaqda olmadığını göstərdi.
      YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyadov, Heydər Əliyev Mərkəzinin nəzarətçisi Ceyhun Mamedov, Heydər Əliyev Mərkəzinin bələdçisi Emin Qasımov çıxış edərək Füzuli və Cəbrayıl rayonları haqqında ətraflı məlumat vermişlər. Erməni işğalı nəticəsində mindən çox insanın  şəhid və itkin düşdüyü, onlarla qəsəbə və kəndlərin, eləcə də tarixi abidələrimizin tamamilə dağıdıldığı tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
     Sonda erməni terrorizmindən bəhs edən geniş video çarx nümayiş edildi.

Keçidlər