Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissənin əsgər və zabit heyəti Heydər Əliyev Mərkəzini ziyarət ediblər

26 iyun 2016 | 11:00

“26 iyun – Silahlı Qüvvələr Günü” ilə əlaqədar olaraq 27 iyun 2016-cı il tarixdə Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissənin əsgər və zabit heyəti Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.
Ziyarətçilər əvvəlcə Heydər Əliyev Mərkəzində Ümummilli Liderimizə həsr olunmuş kitabların sərgisi, eləcə də Mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri tanış olublar.
Daha sonra ekspozisiya zalında ziyarətçilərə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar əsasında geniş və dolğun məlumat verildi.
Sonda əsgər və zabit heyəti ilə birlikdə xatirə fotosu çəkildi.

Keçidlər