Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 26 İyun – Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir olmuşdur.

26 iyun 2016 | 11:00

26 iyun  2016-cı il  tarixdə  Ağcabədi rayonunda  26 İyun –  Silahlı Qüvvələr günü münasibəti ilə rayon ərazisində yerləşən bütün hərbi hissələrdə  tədbir olmuşdur.
Tədbirlərdə Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini və digər işçilər iştirak etmiş və çıxışlarda  Milli Ordumuzun müstəqil Azərbaycan dövlətinin ən böyük dayağı olması, Xalqımızın təhlükəsizliyinin və dövlətimizin ərazi bütövlüyünün tam təminatçısı olduğu vurğulanmışdır.
    Daha sonra fərqlənən hərbi qulluqçulara fəxri fərman və qiymətli hədiyyələr verildi.
       Yekunda Rayon Mədəniyyət və Turizm şöbəsi hazırladıqları bayram konserti ilə əsgərlər qarşısında çıxış etdilər.

Keçidlər