Şriftin ölçüsü :

Saytın rəngi :

25.06.2016-cı il tarixdə Ağcabədi rayonu Heydər Əliyev adına mədəniyyət və istirahət parkında "26 iyun Silahlı Qüvvələr" günü münasibətilə tədbir keçirilmişdi.

25 iyun 2016 | 11:00

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının müavini Rövşən Əhmədov çıxışında bildirdi ki, Milli Ordumuzun əsgər və zabitləri respublikanın təhlükəsizliyini, əhalinin əmin-amanlığını və mühafizəsini təmin etmək, ölkəmizin sərhədlərini sudan, qurudan, havadan qorumaq , Ermənistan silahlılarının nəzarət etdiyi torpaqlarımızı işğaldan azad, ərazi bütövlüyümüzü bərpa etmək iqtidarındadır.    Daha sonra bir qrup Qarabağ müharibəsi veteranları, Qaraba müharibəsi əlili və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən ağcabədi sakini Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis etdiyi "Fədai" medalı ilə  təltif olundu.      “Ordu ilə xalqın birliyi sarsılmazdır” ,”Ağcabədililər Qarabağ uğrunda Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdır” kimi şüarların səsləndirildiyi tədbir vətənpərvərlik mahnılarının müşayiəti ilə başa çatıb.

Keçidlər