Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Kitab Bayramı keçirildi

25 may 2016 | 11:00

25 may 2016-cı ildə Ağcabədi rayon MKS-də Ümummilli liderimiz Heydər Əliyevin 93-cü ildönümünə həsr edilmiş VIII Kitab Bayramı keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin uyuduğu Şəhidlər Xiyabanını yad etdilər. Sonra tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirildi. Tədbiri giriş sözü ilə MKS-nin direktor müavini Təranə Məmmədova açdı. O, tədbir iştirakçılarınınnəzərinə çatdırdı ki, Ümummilli liderimiz Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş bu günkü tədbirdə vətənpərvərlik və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş mövzulara xüsusi yer verilib.
Tədbirdə 2000-dən çox müxtəlif adda kitablar və elektron nəşrlər nümayiş etdirildi. Eyni zamanda “Ümummilli liderimiz - 93”, “Heydər Əliyev və Azərbaycanda kitabxana işi”, “Ağcabədi Turizmi”, “Ağcabədi Şəhidləri” başlıqlı foto-stendlər və müxtəlif başlıqlı - “Yaddan çıxmaz Qarabağ”, “Nizami Gəncəvi – 875”, “Tarixin unudulmaz dahisi”, “Nurlu ideyaları yaşayan insan”, “Şəhid vətən deməkdir”, “Tarix qəhrəmanlığı unutmur”, “Multikulturalizm Azərbaycanın həyat tərzidir”, “Yeni kitablar”, “Nağıllar aləminə səyahət”, “Səsli nağıllar” və s. başlıqlı sərgilər nümayiş etdirilimişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin İctimai - Siyasi Humanitar məsələlər üzrə şöbəsinin əməkdaşı Rahilə Şükürova, Mədəniyyət və Turizm şöbəsinin müdiri Rza Quliyev, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Ağcabədi şöbəsinin müdiri Əlizadə Nəcəfov, N saylı Hərbi hissənin zabit və əsgərləri, Mədəniyyət Mərkəzinin müdiri Məzahir Mehdiyev, Hindarx qəsəbə kitabxana filialının müdiri Vəsilə Məmmədova və başqaları çıxış etdilər.
Tədbirdə Azərbaycana, Ümummilli liderimizə, Milli Ordumuza, Şəhidlərə, Kitaba həsr edilmiş şeirlər söyləndi. Şəhər 5 saylı bağçasının 3, 2, 8, 12 saylı məktəblərin şagirdləri tərəfindən hazırlanmış kompozisyalar nümayiş etdirildi. “Kitablar haqqında nə bilirsiniz?” rublikasında məlumat iştirakçılara çatdırıldı.
Nağıllar aləminə səyahət başlıqlı kompozisiya uşaqların çox xoşuna gəldi. Nağıl nənənin danışdığı Qırmızı papaq nağılını böyük həvəslə dinlədilər.
Sonunda MKS-nin direktor müavini T.Məmmədova qonaqlara və tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.

Keçidlər