Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Çempionumuz” sosial idman layihəsi çərçivəsində məktəblilərlərə növbəti görüş keçirilmişdir.

11 yanvar 2022 | 11:00

11 yanvar 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və “Azərbaycan İdman Könüllüləri” İctimai birliyinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq Məmməd Aranlı adına Ağcabədi şəhər 11 saylı tam orta məktəbində “Çempionumuz” sosial idman layihəsi çərçivəsində Karate – do idman növü üzrə Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, 4-cü İslam Həmrəyliyi Oyunlarında Milli Hakim, Yetirmələri dəfələrlə dünya və avropa çempionu, Azərbaycan çempionu, beynəlxalq yarışların qalibi olmuş, Beynəlxalq dərəcəli 2-ci dan qara kəmər sahibi Qənbərov Eldəniz Surxay oğlu ilə məktəblillərin görüşü keçirilmişdir.

Tədbirin açılış mərasimində şəhər 11 saylı tam orta məktəbin direktoru Lətafət Əlizadə və rayon Təhsil Şöbəsinin metodisti Tofiq Zeynalov çıxış edərək “Çempionumuz” sosial idman layihəsinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliğ olunmasında xüsusi önəminin olduğunu vurğulamışdırlar.

Sonra Eldəniz Qənbərov həyat və fəaliyyəti eləcədə idmanda qazandığı uğurlar barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş, məktəbliləri maraqlandıran sualları cavablandırmış və şagirdlərlə xatirə şəkilləri çəkdirmişdir

Keçidlər