Şriftin ölçüsü :

Saytın rəngi :

Alpaqut üzrə Avrasiya çempionu ilə görüş keçirilmişdir.

30 noyabr 2021 | 11:00

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev Alpaqut idman növü üzrə Avrasiya çempionatında uğurlu nəticə əldə etmiş Ağcabədi idmançı Puri Elsəvər Elşən oğlu ilə görüş keçirmişdir. İdarə rəisi idmançını qazandığı nəticə münasibəti ilə təbrik etmiş, ona yeni-yeni uğurlar arzu etmişdir.

Qeyd edək ki, 20-21 noyabr 2021-ci il tarixlərdə Türkiyə Respublikasının Bursa şəhərində keçirilən Alpaqut idman növü üzrə Avrasiya çempionatında Puri Elsəvər Elşən oğlu bütün rəqiblərinə qalib gələrək 1-ci yerə laiq görülmüşdür. Həmçinin Puri Elsəvər Alpaqut idman növü üzrə dünya çempionu, dünya oyunlarının qalibi və dəfələrlə Azərbaycan çempionudur.

Keçidlər