Şriftin ölçüsü :

Saytın rəngi :

E L A N

29 noyabr 2021 | 11:00

Ağcabədi rayon Heydər Əliyev Mərkəzi 12 Dekabr – Ulu Öndər Heydər Əliyevin Anım günü ilə əlaqədar ümumtəhsil məktəblərinin “Gənc Heydərçiləri” arasında müsabiqə elan edir. Müsabiqənin keçirilməsində məqsəd Heydər Əliyev irsinin gənc nəslə öyrədilməsi, məktəblilərə Vətənə sevgi və məhəbbət hislərinin aşılanması, onların asudə vaxtlarının səmərəli təşkil olunması, gənc nəslin tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsinin təmin edilməsidir.

Müsabiqə 30 noyabr 2021-ci il tarixdə saat 15:00 – da pandemiya qaydaları gözlənilməklə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.

Keçidlər