Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Milli Dirçəliş İdeyası və Bənzərsiz Dahi İnsan“ başlığı altında videokonfrans keçirilmişdir.

16 noyabr 2021 | 11:00

16 noyabr 2021-ci il tarixdə Ağcabədi rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Milli Dirçəliş İdeyası və Bənzərsiz Dahi İnsan“ başlığı altında videokonfrans keçirilmişdir.

Videokonfransda Ulu Öndərimiz Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Videokonfransı giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə aparıcı məsləhətçisi Cavid Bünyadov “17 noyabr Milli Dirçəliş günü” barədə ətraflı məlumat verdi. Cavid Bünyadov qeyd etdi ki, Mənəvi əsaslarını və başlanğıcını XX əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter almış, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoymuşdur.

Hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən ümummilli lider Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq milli mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı.

Daha sonra şəhər 9 saylı tam orta məktəbin müəllimi Vüsalə Əliyeva, şəhər 1 saylı tam orta məktəbin müəllimi Aynurə Bəkirovaya çıxış edərək bildirdilər ki, Artıq ikinci ildir ki, xalqımız Milli Dirçəliş Gününü 30 ildir doğma torpaqlarımızın 20 faizini işğal altında saxlayan, ATƏT-in Minsk qrupunun, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə məhəl qoymayan Ermənistanın silahlı qüvvələrinə qarşı Böyük Vətən savaşında Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində qələbə qazandığı zəfər ayı ilə birgə keçirir. Bu şərəfli tarixi yaradan Ordumuza və Ali Baş Komandana minnətdarıq.

Keçidlər