Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə boks idman növü üzrə açıq rayon turniri keçirilmişdir.

15 noyabr 2021 | 11:00

14 noyabr 2021-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsi və Ağcabədi Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Ağcabədi Olimpiya İdman Kompleksinində, boks idman növü üzrə uşaq və yeniyetmələr arasında Ağcabədi rayon açıq turniri keçirilmişdir. Turnirdə Ağcabədi, Ağdam, Tərtər, Beyləqan, Qazax, Şəki və Mingəçevir rayon və şəhərlərini təmsil edən 150 boksçu iştirak etmişdir.

Gərgin və maraqlı keçən açıq rayon turnirində boksçular müxtəlif çəki dərəcələrində öz qüvvələrini sınamışdır. Turnirin yekununda I,II və III yerləri tutmuş idmançılara diplomlar təqdim edilmişdir.

Keçidlər