Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Zəfər Gününə həsr olunmuş taekvondo üzrə açıq rayon turniri keçirilmişdir

07 noyabr 2021 | 11:00

07 noyabr 2021-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və “Aran” taekvondo klubunun birgə təşkilatçılığı ilə Ağcabədi Olimpiya İdman Kompleksində Zəfər Gününə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında Taekvondo idman növü üzrə Ağcabədi rayon açıq turniri keçirilmişdir.

  Açıq turnirdə Ağcabədi, Göyçay, Qax, Ağsu, Şəmkir, Yevlax və Bakının rayon və şəhər komandaları da daxil olmaqla 140 nəfər taekvondoçu iştirak etmişdir. Rayon turniri gərgin mübarizə şəraitində keçmiş və idmançılar müxtəlif çəki dərəcələrində güclərini sınamışdırlar. Yekunda ayrı-ayrı çəki dərəcələrində I,II,III yerləri tutmuş idmançılara diplom və medallar təqdim olunmuşdur.

Keçidlər