Şriftin ölçüsü :

Saytın rəngi :

Qazilərlə yeniyetmə və gənclərin onlayn görüşü keçirilmişdir.

05 noyabr 2021 | 11:00

Qazilərlə yeniyetmə və gənclərin onlayn görüşü keçirilmişdir.

05 noyabr 2021-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Zoom proqramı vasitəsilə “8 Noyabr - Zəfər Günü”nə həsr olunmuş Azərbaycanımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş qəhrəman döyüşçülər, qazilərlə yeniyetmə və gənclərin onlayn görüşü təşkil olunmuşdur.

Görüşdə qazilər, vətən müharibəsi iştirakçıları, Ağcabədi Pedaqoji Kollecin tələbələri, Gənclərin İnkişafı və Karyera Mərgəzinin könüllü gəncləri və rayonun məktəb şagirdləri olmaqla 50 nəfərdən çox yeniyetmə və gənc iştirak etmişdir.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Onlayn görüşü giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə aparıcı məsləhətçisi Cavid Bünyadov qeyd etdi ki, 30 ildir həsrətində olduğumuz Qarabağın işğaldan azad olunmasına yönəlik fəaliyyətimiz, sentyabr ayının 27-dən başlayan “Dəmir Yumruq” əməliyyatı – 44 günlük Vətən Müharibəsi noyabr ayının 10-da Azərbaycanın qələbəsi ilə nəticələndi. Bütün xalq bir yumruq kimi öz Ali Baş Komandanının, şanlı əsgərinin ətrafında birləşdi, möhtəşəm Qələbə qazandıq. 8 noyabr Azərbaycan tarixinə Zəfər günü olaraq həkk olundu.

Sonra Qazilər Cavid Allahverdiyev, Kamran Sadıqov, Vətən müharibəsi iştirakçısı Elgün Həsənov öz döyüş yollarından, 44 günlük “ Dəmir yumruq” əməliyatından ətraflı bəhs etdilər. Bildirdilər ki, onlar Vətən və dövlət qarşısında öz vətəndaşlıq borclarını yerinə yetiriblər. Bununla belə, Azərbaycan xalqının dəstəyi onlara əlavə güc verib.

Görüşdə çıxış edən Ağcabədi şəhər M.Əsədov adına 5 saylı tam orta məktəbin müəllimi Zeynəb Azadova şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən, danışaraq əldə olunan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb.

Sonda qonaqlar yeniyetmə və gəncləri maraqlandıran suallar cavablandırıb.

Keçidlər