Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə şəhid ailələri və qazilər ziyarət edilir

20 oktyabr 2021 | 11:00

YAP Ağcabədi rayon təşkilatı tərəfindən müntəzəm olaraq şəhid ailələri və qazilər ziyarət edilir.Növbəti ziyarət Ağcabədi şəhər sakini, II Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş qazi Cavid Allahverdiyevin ailəsində olmuşdur.

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov başda olmaqla aparatın bir qrup işçisi və YAP fəalı qazinin evinə gedərək onu  və ailə üzvlərini ziyarət etmişlər.

Görüş zamanı Rövşən Əhmədov ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordunun fədakarlığı sayəsində 44-günlük müharibənin Qələbə ilə başa çatmasında əsgər və zabitlərinin göstərdiyi sücaətdən söhbət açmış, müharibə dövründə xalqın orduya dəstək olmasının qələbənin qazanılmasında  əsas rol oynadığını qeyd etmişdir.

Qazi Cavid Allahverdiyev bildirmişdir ki, müharibənin ilk günlərində- sentyabrın 29-da könüllü olaraq cəbhəyə yollanmış, Füzulinin, Cəbrayılın, Qubadlının azad edilməsi əməliyyatlarında iştirak etmiş, oktyabr ayının əvvəllərində yaralanmış, müalicə olunaraq yenidən döyüşlərə qatılmışdır. Döyüşlər bizim üçün çox əlverişsis bir şəraitdə gedirdi, ərazilərin qayalıq və yüksəklikdə olması, hər tərəfin minalanması, 30 il ərzində qurulmuş istehkamlar əməliyyat şəraitini çox çətin etmişdi, yalnız fiziki güc hesabına biz maneələri dəf edə bilirdik. İdmançı olmağım mənə çox kömək etdi. Oktyabrın 20-də yenidən ağır yaralandım, qospitalda müalicə olundum, hazırda müalicəm davam edir. Döyüşlərdə göstərdiyim sücaətə görə “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişəm.

Söhbət zamanı Cavid Allahverdiyev peşəkar idmançı kimi iştirak etdiyi çempionatlarda əldə etdiyi medal və diplomlar, həmçinin YAP Ağcabədi rayon təşkilatının verdiyi Fəxri Fərmanı qonaqlara təqdim etdi.

Cavid Allahverdiyev 2011-ci ildə Budo Döyüş növü üzrə gənclər və böyüklər arasında Bakıda Azərbaycan çempionatının, 2011-ci ildə Biləsuvarda keçirilən Budo Döyüş növü üzrə Asiya çempionatının, 2016-cı ildə Batumidə Muay-tay idman növü  üzrə Dünya oyunlarının və həmin il Türkiyədə Kikboksink üzrə keçirilən Beynəlxalq turnirin qalibi olmuşdur.

Görüş zamanı Cavid Allahverdiyev və anası Elza Məmmədova onları ziyarət etdikləri üçün təşəkkürlərini bildirmiş, qazi və şəhid ailələrinin problemlərinin diqqətdə  saxladıqlarına görə rayon rəhbərliyinə və ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirmişlər.

Görüşün sonunda xatirə şəkilləri çəkilmişdir.

Keçidlər