Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş Taekvondo (PUMSE) üzrə rayon turniri keçirilmişdir.

19 oktyabr 2021 | 11:00

18 oktyabr 2021-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ağcabədi Olimpiya İdman Kompleksində “Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş Taekvondo idman növü üzrə (PUMSE) rayon turniri keçirilmişdir.

Turniri giriş sözü ilə açan Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov yarışın məqsədi və “Müstəqilliyin Bərpası Günü” barədə ətraflı məlumat verdi. Rəis müavini xüsusi olaraq qeyd etdi ki, pandemiyanın digər sahələrlə yanaşı idmana da çox böyük mənfi təsirləri oldu, bütün bu çətinliklərə baxmayaraq cari ildə keçirilmiş Avropa çempionatında, beynəlxalq yarışlarda, Azərbaycan çempionatı və birinciliklərində Ağcabədi taekvondoçularının uğurlu nəticələr əldə etməkləri rayonumuzda idmanın inkişafının bariz nümunəsidir.

Turnir uşaq, yeniyetmə və gənclər (oğlanlar, qızlar) arasında pandemiya qaydalarına uyğun olaraq keçirilmişdir.

Turnirin yekununda I, II, III yerlərə layiq görülmüş taekvondoçulara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunmuşdur.

Keçidlər