Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərin doğum günü qeyd olunub

11 oktyabr 2021 | 11:00

11 oktyabr 2021-ci il tarixdə  Vətən müharibəsində canını  fəda edən   Sarvanlar kəndindən olan şəhid  Həsən Quliyev və  Minəxorlu kənd sakini İntiqam  Hacıyevin doğum günü mərasimləri  keçirilmişdir. Mərasimdə rayon icra hakimiyyəti Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, yerli icra, bələdiyyə nümayəndələri,kənd sakinləri, ziyalılar, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, din xadimləri  və  media mənsubları   iştirak etmişdir.  Tədbir iştirakçıları əvvəlcə şəhid Həsən Quliyev və İntiqam Hacıyevın məzarlarını ziyarət edib, üzərlərinə tər-çiçək dəstələri qoyublar.Sonra doğum günü ilə əlaqədar tədbir davam etdirilib. İştirakçılar şəhidlərin  II Qarabağ Müharibəsində keçdiyi şərəfli döyüş yolundan və göstərdikləri qəhrəmanlıqlarından  söz açmış, onlar haqqında xatirələrini bölüşmüşlər. Qeyd edək ki şəhid Həsən Quliyevin doğum günündə onun xatirəsini əbədiləşdirmək  üçün Sarvanlar kəndində inşa olunmuş bulaq kompleksinin açılışı mərasimi keçirilmişdir.

 

Keçidlər