Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Nizami Gəncəvi Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdəndir” mövzusunda videokonfrans keçirilmişdir.

12 oktyabr 2021 | 11:00

Qüdrətli söz və fikir ustadı, mütəfəkkkir şair Nizami Gəncəvi Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdəndir. Onun ümumbəşəri mahiyyət daşıyan yaradıcılığı, bir-birindən dəyərli əsərləri əsrlərdir insanların mənəvi-əxlaqi kamilləşməsinə xidmət göstərir.

Bu fikirlər Ağcabədi Rayon Gənclər və İdman İdarəsi və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdəndir” mövzusunda keçirilən videokonfransda səsləndirilib.

Tədbirdə çıxış edən Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov bildirib ki, ali ideyalara, bəşəri dəyərlərə, haqq-ədalətə xidmət edən Nizami Gəncəvi təkcə yaradıcılığı ilə deyil, həyat tərzi ilə də nümunəvi bir insan olub. Dövrünün böyük vətənpərvəri olan Nizami Gəncəvi hər bir əsərində hadisələri öz xalqının böyük keçmişi ilə əlaqələndirməyə çalışıb.

Rayon təhsil şöbəsinin əməkdaşı Əliş Rüstəmli, Xocavənd kənd 1 nömrəli tam orta məktəbin müəllimi Mahir Paşayev, şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Elnarə Əsədova çıxış edərək, Nizami Gəncəvi yaradıcılığından, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunmasının əhəmiyyəltindən bəhs ediblər. Bildirilib ki, Nizami Gəncəvi mənəvi zənginliyi hər şeydən üstün tutub. O, özünün ölməz, bənzərsiz yaradıcılığını ülvi hisslərin, humanizm, xeyirxahlıq, ədalət kimi nəcib keyfiyyətlərin tərənnümünə həsr edib. Mübaliğəsiz demək olar ki, Nizami Gəncəvi dünyanın ən böyük şairləri ilə bir sırada durur və onun əsərləri bizim üçün, eləcə də gələcək nəsillər üçün daim ilham mənbəyi olacaqdır.

Keçidlər