Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Çempionumuz” sosial idman layihəsi çərçivəsində məktəblilərlərə görüş keçirilmişdir.

07 oktyabr 2021 | 11:00

07 oktyabr 2021-ci il tarixdə C.İbrahimov adına Ağcabədi şəhər 8 saylı tam orta məktəbində “Çempionumuz” sosial idman layihəsi çərçivəsində Karate – do idman növü üzrə Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, 4-cü İslam Həmrəyliyi Oyunlarında Milli Hakim, Yetirmələri dəfələrlə dünya və avropa çempionu, beynəlxalq yarışların qalibi olmuş, Beynəlxalq dərəcəli 2-ci dan qara kəmər sahibi Qənbərov Eldəniz Surxay oğlu ilə məktəblillərin görüşü keçirilmişdir.

Tədbirdə vətən uğrunda canından keçən şəhidlərimizin əziz xairəsini bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirin açılış mərasimində C.İbrahimov adına Ağcabədi şəhər 8 saylı tam orta məktəbin direktoru Anar Qasımov, rayon Təhsil Şöbəsinin metodisti Baxşeyiş Məmmədov, "Cəsur Döyüşçü" , “Cəbrayılın azad olunmasına görə" və “Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilmiş ağcabədili idmançı, qazi Cavid Allahverdiyev çıxış edərək “Çempionumuz” sosial idman layihəsinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliğ olunmasında xüsusi önəminin olduğunu vurğulamışdırlar.

Sonra Eldəniz Qənbərov həyat və fəaliyyəti eləcədə idmanda qazandığı uğurlar barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş və məktəbliləri maraqlandıran sualları cavablandırmışdır.

 

Keçidlər