Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi qazisi ilə görüş

07 oktyabr 2021 | 11:00

Oktyabrın 5-də Vətən müharibəsinin ildönümü münasibətilə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədovun rəhbərliyi altında, sözügedən qurumun əməkdaşları, media mənsubları II Qarabağ savaşının qəhrəmanı, qazi Samir Mamedovun ailəsini ziyarət ediblər. Samir Mamedov Vətən müharibəsi günlərində Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının erməni işğalından azad olunması uğrunda gedən qanlı döyüşlərdə igidliklə vuruşub, mənfur düşmənə sarsıdıcı zərbələr vurub. Qorxubilməz el oğlumuz Xocavənd rayonunun Hadrut qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə mərdlik nümayiş etdirib, lakin həmin ərazidə döyüşlərin birində ağır yaralanıb. Qazi S.Mamedov göstərdiyiqəhrəmanlıqlara görə döyüş medalları ilə təltif olunub. Müharibə zamanı bədənindən aldığı ağır yaralara görə  qazimizə II qrup əlillik dərəcəsi təyin olunub.

  Qarabağ döyüşçüsünə baş çəkən YAP rayon təşkilatının sədri Rövşən Əhmədov tədbir zamanı çıxış edərək, Vətən müharibəsində rayonumuzdanolan igid döyüşçülərin qəhrəmanlığından geniş söhbət açıb. Samirin adını xüsusi olaraq vurğulayıb. Onun ünvanına səmimi ürək sözlərini bildirib.

Sonda qazinin valideynləri ziyarət iştirakçılarına göstərdikləri diqqət və qayğıya görə öz dərin təşəkkür, minnətdarlıqlarını bildiriblər.

Keçidlər