Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə gənclərin müxtəlif dini təriqətlərin ekstremist və ayrıseçkilik çağrışlarından qorunmasına həsr olunmuş videokonfrans keçirilmişdir.

29 sentyabr 2021 | 11:00

28 sentyabr 2021-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin, Dini Qurumlar üzrə Dövlət Komitəsinin Ağcabədi Bölgəsi üzrə şöbəsinin və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Zoom proqramı üzərindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişafı Strategiyası”nın müvafiq bəndinə uyğun olaraq gənclərin müxtəlif dini təriqətlərin ekstremist və ayrıseçkilik çağrışlarından qorunmasına həsr olunmuş videokonfrans keçirilmişdir.

Videokonfransı giriş sözü ilə açan Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov çıxış edərək bildirdi ki, ümumbəşəri dəyərlər, xalqımızın milli – mənəvi keyfiyyətləri, islami əxlaqı hər bir gənc tərəfindən mənimsənilməli, cəmiyyətdə davranış qaydalarında istifadə olunmalıdır. Gənclər islam dinini olduğu kimi öyrənməli, qəbul etməli və ondan istifadə etməlidir.

Respublika gənclərinin I forumunda Ulu Öndərimiz Heydər Əliyev demişdir: ”Gənclərimizin islam dinini mənimsəməsi üçün lazımi tədbirlər görülməlidir. Çünki bu tədbirlərin olmaması nəticəsində bəzi mənfi hallar meydana çıxır, ayrı-ayrı qruplar gənclərə fanatizm əhval - ruhiyyəsini aşılamaq istəyirlər. Və bunlar da gənclərin tərbiyyəsinə zərər vurur”.

Videokonfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov mövzu haqqında ətraflı çıxış etmiş və xüsusi olaraq vurğulamışdır ki, milli-mənəvi və əxlaqi dəyərlərdən uzaq, sistemləşdirilmiş ideoloji dünyagörüşünə malik olmayan gənclərin sabah nə dövlət, nə cəmiyyət, nə də özləri üçün heç bir fayda gətirə bilməyəcək.

Öz məqsədlərinə çatmaq üçün dindən sui-istifadə edərək radikal qruplar yaratmaq, ekstremist çağırışlar etmək bütün dünya üçün təhlükəlidir.

Sonra isə şəhər 9 saylı tam orta məktəbin müəlliməsi Vüsalə Əliyeva çıxış edərək, dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolundan bəhs etmişdir.

Çıxışların ardınca videokonfrans müzakirə formatında davam etmişdir.

Keçidlər