Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyanın ölkəmizdəki səfiri Ağcabədidə olub

28 sentyabr 2021 | 11:00

Yaponiyalı diplomat əvvəlcə rayon  rəhbərliyi ilə görüşüb. Qonağı salamlayan Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, bir gün öncə ölkəmizdə Vətən müharibəsinin başlanmasının ildönümü qeyd olunub. Yaponiya da müharibədən əziyyət çəkmiş ölkədir.  Ermənilər tərəfindən dağıdılmış, yerlə yeksan edilmiş şəhərlərimizi görənlər onları məhz Xirosimaya bənzədirlər.  Lakin artıq ədalət qalib gəldi. Ötən ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi məhz Azərbaycan Ordusunun Zəfər qazanması ilə başa çatdı. Bu gün azad olmuş torpaqlarımızda böyük quruculuq işləri gedir. II Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində ciddi ziyan dəyən bölgələrimizdən biri də Ağcabədi rayonu olub. Hazırda rayon ərazisində müharibə dövründə zərər görmüş evlər bərpa olunur, tamamilə dağılmış evlər isə yenidən tikilir.

Görüş zamanı rayon rəhbəri səfirə Ağcabədinin tarixi, iqtisadiyyatı, mədəniyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, rayonda pambıqçılıq, taxılçılıq, baramaçılıq və heyvandarlıq yüksək səviyyədə inkişaf edib.

aponiya Hökumətinin qrant yardımı proqramı çərçivəsində Ağcabədi rayonunda reallaşdırılan layihələr   barədə də məlumat verən icra başçısı istər ölkə rəhbərliyinin, istərsə də vətəndaşların bu layihələrin icrasını müsbət qiymətləndirdiyini vurğulayaraq, belə humanitar tədbirlərin bundan sonra da davamlı xarakter daşıyacağına əminliyini ifadə edib, əməkdaşlıqla bağlı bir sıra təkliflər səsləndirib.

Səfir Vada Cuniçi qonaqpərvərliyə, xoş sözlərə, rayon haqqında ətraflı məlumata görə minnətdarlığını bildirib. Vətən müharibəsində həyatını itirən hərbçilərə və mülki şəxslərə görə hüznünü ifadə edib. Verilən təklifləri yüksək dəyərləndirib.

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Ağcabədiyə səfəri çərçivəsində səfir  Vada  Cuniçi Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində inşa olunmuş 35 yerlik  Şərəfxanlı kənd körpələr evi – uşaq  bağçası ilə tanış olub.

 

 

Keçidlər