Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinə ziyarətlər davam edir

20 sentyabr 2021 | 11:00

Vətən müharibəsinin başlanmasının ildönümü münasibətilə Ağcabədi rayonunda şəhid
ailələrinə edilən ziyarətlər 18-19 sentyabr tarixlərində də davam edib. Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, RİHB-nın müavini
– Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılma şöbəsinin müdiri Xaliq Mirzəyev,
Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət
Orucov və hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə Qaraxanlı kəndində
Ceyhun Məmmədov,Nurlan Quliyev, Rövşən Allahverdiyev, Şərəfxanlı kəndində
Ceyhun Əsədov, Kürdlər kəndində Həsən Quliyev,Cəmaləddin Məmmədov, Əmrah
Abışov, Hindarx qəsəbəsində Ömər Rəhimli, Arazbar kəndində Elsevər Piriyev, Ceyhun
Hüseynov, Sahil Məmmədov, Yuxarı Qiyamadınlı kəndində Azər Əliyevin ailəsi ziyarət
olunub.
Şəhid ailələrinin gündəlik ehtiyacları, problemləri ilə maraqlanan rayon rəhbəri qeyd
edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə silahlı qüvvələrimiz
Qarabağda tarixi qələbə qazandılar. Oğullarımız torpaqlarımızın azadlığı uğrunda
fədakarlıq göstərdilər, canlarından keçdilər.Bu gün dövlətimiz tərəfindən onların
ailələrinə hər cür mənəvi və maddi dəstək göstərilir. Şəhidlərimizin xatirəsi bizim hər
birimiz üçün əzizdir, xalqımız həmişə onları ehtiramla yad edəcəkdir.
Şəhidlərin yaxınları bu ziyarətlərin onlar üçün böyük təsəlli olduğunu vurğulayıb və
göstərilən diqqətə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər