Şriftin ölçüsü :

Saytın rəngi :

“18 sentyabr – Milli Musiqi günü” ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzində sərgi təşkil edilir

09 sentyabr 2021 | 11:00

“18 sentyabr – Milli Musiqi günü” ilə əlaqədar olaraq 09 sentyabr 2021-ci il tarixdən etibarən Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzində dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və fəaliyyətini əks etdirən kitab, qəzet və jurnallardan, eləcə də Mərkəzin kurs üzvlərinin əl işlərindən ibarət “Şərqdən Doğan Opera Günəşi” adlı sərgi təşkil edilir.

Sərgi 20 sentyabr 2021-ci il tarixədək davam edəcəkdir.

Karantin rejiminin tələbləri qorunmaqla, istənilən şəxslər sərgi ilə tanış ola bilərlər.

Keçidlər