Şriftin ölçüsü :

Saytın rəngi :

Taekvondo üzrə Avropa Birinciliyinin mükafatçıları ilə görüş keçirilmişdir.

08 sentyabr 2021 | 11:00

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev Taekvondo idman növü üzrə Avropa Birinciliyində uğurlu nəticələr əldə etmiş Ağcabədi taekvondoçuları ilə görüş keçirmişdir. İdarə rəisi idmançıları qazandıqları nəticələr münasibəti ilə təbrik etmiş, onlara yeni-yeni nailiyyətlər arzu etmişdir.

Qeyd edək ki, 25 - 27 avqust 2021-ci il tarixlərdə Estoniya Respublikasının Tallinn şəhərində keçirilən uşaq və yeniyetmə idmançılar arasında taekvondo idman növü üzrə Avropa Birinciliyində milli yığma komandanın tərkibində iştirak edən Ağcabədi taekvondoçuları 2 medal qazanaraq uğurlu nəticə əldə etmişdir. Taekvondoçularımızdan uşaqlar arasında çıxış edən Çingiz Həsənov -36 kq çəki dərəcəsində I yerə, yeniyetmələr arasında çıxış edən Vasif Səlimov isə -45 kq çəki dərəcəsində II yerə laiq görülmüşdür.

Keçidlər