Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı mətbuat işçilərini təbrik etdi

23 iyul 2021 | 11:00

22 İyul-Milli Mətbuat günü münasibətilə Ağcabədi rayon İcra Hakimiyyətinin

başçısı Rafil Hüseynov “Aran” qəzetinin kollektivini təbrik etmişdir.

Mətbuat işçişləri ilə görüşündə çıxış edən icra başçısı bildirdi ki, əsası 22 iyul 1875-
ci ildə görkəmli ziyalı Həsən bəy Zərdabi tərəfindən qoyulan “Əkinçi” qəzeti
ölkəmizdə maarifçiliyin, milli oyanış hərəkatının inkişafında mühüm rol oynamış,
yarandığı gündən şərəfli yol keçmişdir.

Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsində Ümummilli Lider
Heydər Əliyevin tarixi xidmətləri olduğunu vurğulayan natiq onu da qeyd etdi ki,
hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə mətbuatın
inkişafı, onun problemlərinin həlli, junalistlərin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.


Daha sonra bölgə mətbuatının inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb və
son zamanlar “Aran” qəzetindəki ciddi dönüşdən söz açılıb.


Sonda “Aran” qəzetinin redaktor müavini Adil Əhmədov (Misirli) və fotomüxbir Mais
İbrahimov Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tərəfindən
Fəxri Fərmanla təltif olunublar.

Redaksiyanın kollektivi rayon icra hakimiyyəti tərəfindən mükafatlandırılıb.

Keçidlər