Şriftin ölçüsü :

Saytın rəngi :

Şahmallar kəndində təbii qaz xəttinin açılışı oldu

17 iyul 2021 | 11:00

Dövlət Proqramına uyğun olaraq, 16 iyul 2021-ci il tarixdə Ağcabədi rayonunun Şahmallar kəndində təbii qaz xəttinin açılış mərasimi keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədov, Tərtər Regional Qaz İstismar idarəsinin rəisi Azər Abbasov,  rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, Şərəfxanlı icra hakimiyyəti və bələdiyyə nümayəndələri, Vətən müharibəsi iştirakçıları, ziyalılar, kənd sakinləri, media mənsubları iştirak ediblər.


       Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini  Rövşən Əhmədov yığıncaqda çıxış edərək,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkə əhalisinə  hərtərəfli diqqət və qayğı göstərildiyini qeyd edib. Görülmüş tədbirlər nəticəsində respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır.  Bunun bariz nümunəsi kimi, Şahmallar  kəndinə təbii qaz xəttinin çəkilməsini misal göstərmək olar.

Kənddə 59 abonentə xidmət edən təbii qaz xətti çəkilib.  Tərtər Regional Qaz İstismarı İdarəsinin rəisi Azər Abbasov çıxış edərək, kənd sakinlərinitəbii qaz xətti çəkilişi münasibəti ilə təbrik edib, onlara uğurlar diləyib.

Şahmallar kənd sakini Nadir Abduləliyev çıxışında kənd sakinlərinə göstərilən yüksək dövlət diqqət və qayğısına görə ölkə başçısına dərin təşəkkür və minnətdarlığını bildirib.

Tədbirin sonunda rəmzi açılış məşəli alovlandırılıb.

Keçidlər