Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Polis Günü qeyd olunmuşdur

02 iyul 2021 | 11:00

2 iyul 2021-ci il tarixdə Ağcabədi rayonunda Polis Günü qeyd olundu.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədov, hüquq mühafizə orqanlarının rəhbərləri və rayon Polis şöbəsinin əməkdaşları iştirak etdi. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib, abidəsi önünə gül dəstələri qoydular. Qeyd olundu ki, Azərbaycan Polisi uzun, tarixi və şərəfli bir yol keçmişdir. Onun yaranma tarixi
ötən əsrin iyirminci illərinə təsadüf edir. Amma yenidən Ümummilli Lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı fərmanla hər il iyulun 2-si “Azərbaycan polisi günü” kimi qeyd edilməyə başlamışdır.

Keçidlər