Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Vətən müharibəsi iştirakçılarına orden və medallar təqdim edildi

26 iyun 2021 | 11:00

26 İyun – Silahlı Qüvvələr Günü və Azərbaycan Respublikası Prezidenti tərəfindən təltif edilmiş Vətən müharibəsi iştirakçılarına orden, medal və onların vəsiqələrinin təqdim edilməsi münasibəti ilə Y. Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon Təhsil şöbəsinin müdiri, “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin baş direktoru, Sosial Xidmətlər Agentliyinin 23 saylı Regional Filialının müdiri, Dövlət Sosial Müdafiə Fondunun 5 saylı Regional Ərazi Filialının Ağcabədi qəbul şöbəsinin müdiri, Dövlət Məşğulluq Agentliyinin 17 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının Ağcabədi rayon nümayəndəliyi, RİHB-nın inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, I Qarabağ müharibəsi veteranları, media nümayəndələri və digərləri iştirak edirdi.
Tədbir Rayon İcra Hakimiyyətinin başçısı R. Hüseynov tərəfindən açıq elan oludu və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra Vətən torpaqlarının işğaldan azad olunması uğrunda həlak olmuş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, polkovnik Ramil İsmayılov məruzə ilə çıxış etdikdən sonra orden, medal və onların vəsiqələrin təqdim edilməsinə başlandı.

Rayon üzrə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş, şəhid olmuş, xəsarət almış , Azərbaycan Respublikası Prezidenti tərəfindən təltif edilmiş 136 nəfərə verilən orden, medal və onların vəsiqələri təltif olunanların özlərinə və ya ailə üzvlərinə təqdim edildi.
Bundan əlavə, 24 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə orden və medallarla təltif olunmuş Ağcabədi rayonu üzrə bir qrup Vətən müharibəsi iştirakçısının da adları tədbir iştirakçılarının diqqətinə çatdırıldı.

Keçidlər