Şriftin ölçüsü :

Saytın rəngi :

Silahlı Qüvvələr Günü qeyd edilmişdir

26 iyun 2021 | 11:00

26 iyun 2021-ci il tarixdə Taxtakörpü ərazisində yerləşən “N” saylı hərbi hissədə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranması günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə hərbi hissənin komandiri, polkovnik Pərviz İbrahimov açmış, Silahlı Qüvvələrin formalaşmasında böyük əməyi olan ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək, əsgər və zabitləri Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik etmiş, Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və rəşadətdən söz açmışdır. Sonra R.Hüseynov hərbi hissəni və onun komandirini rayon icra hakimiyyətinin Fəxri Fərmanları ilə təltif etmişdir. Daha sonra hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə orden və medallar təqdim olunmuşdur.

Tədbirin bədii hissəsində Ağcabədi Regional Mədəniyyət İdarəsinin Laçın rayonu Şamkənd kənd Uşaq Musiqi Məktəbinin kollektivinin ifasında Vətənpərvərlik ruhunda mahnılar səslənmişdir.

Keçidlər