Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “26 iyun – Silahlı Qüvvələr Günü”nə həsr olunmuş videokonfrans keçirilmişdir.

25 iyun 2021 | 11:00

25 iyun 2021-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsini və Ağcabədi Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə “26 iyun – Silahlı Qüvvələr Günü”nə həsr olunmuş videokonfrans keçirilmişdir. Videokonfranda Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəsi müavini Eldəniz Qənbərov, aparıcı məsləhətçiləri Cavid Bünyadov, Şəmməd Şəmmədov, Ağcabədi Pedoqoji Kollecinin direktoru Mirələm İbrahimli, kollecin müəllim və tələbə kollektivi iştirak etmişdir. Konfransın proqramına uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Konfransı giriş sözü ilə açan Ağcabədi Pedaqoji Kollecinin direktor müavini Rövşən Bayramov 1918-ci il 26 iyun tarixli fərmanla yaradılmış Azərbaycan Milli Ordusunun qısa müddətdə Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdiyini bildirdi. 1920-ci ilin aprelində Azərbaycanın Sovet işğalından sonra milli ordusunun ləğv edilməsi, yalnız Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Sovetində milli ordunun yaradılması haqqında qərarın qəbul edilməsi, Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyunun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunması və hər il bu tarixin rəsmi dövlət bayramı kimi qeyd edilməsi barədə konfrans iştirakçılarının diqqətinə çatdırdı.

Daha sonra Ağcabədi Pedoqoji Kollecinin müəllimi, vətən müharibəsi iştirakçısı Bəxtiyar Əliyev, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəsi müavini Eldəniz Qənbərov, Ağcabədi Pedoqoji Kollecinin direktoru Mirələm İbrahimli və gənclər çıxış etmişdir. Çıxışlarda bu gün Silahlı Qüvvələr quruculuğu prosesinin çox yüksək səviyyədə davam etdirildiyini, Azərbaycan ordusunun öz şərəfli missiyasını qürurla yerinə yetirdiyini və tarixi ədaləti bərpa etdiyini bildirdilər.

Natiqlər qeyd etdiki, Azərbaycan ordusu yüksək mənəvi keyfiyyətlərə malik olan kontingentə, müasir hərbi texniki bazaya malikdir. Böyük qələbəmiz Azərbaycanın hərbi gücünün təzahürüdür. Bizim ordumuz XX əsrin müharibəsini apardı və düşməni əzərək qalib oldu. Azərbaycan Silahlı Qüvvələri Qələbə ilə tariximizin səhifələrinə xalqımızın mübarizliyinin, birliyinin nümunəsini həkk etdi. Bu gün dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki uğurlu əməliyyatlarımız öyrənilir. Bundan sonra da ordu quruculuğu dövlət siyasətinin prioritet istiqaməti olacaq.

Keçidlər