Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunmuşdur.

01 iyun 2021 | 11:00

1 iyun 2021-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə rayon məktəbəqədər təhsil müəssisələrinin balaca fidanlarının iştirakı ilə “Dünyanı uşaqlara verək!” adlı tədbir keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə rayon Şəhidlər Xiyabanını ziyarət edərək,Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ruhunu ehtiramla anmışlar. Daha sonra balaca balalarımız Ümummilli Lider Heydər Əliyevin rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış abidəsini ziyarət etmişlər.

Tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Uşaqlar şeir söyləmiş, mahnı oxumuş və rəqs etmişlər. Tədbirin yekununda keçirilən əyləncəli viktorina ilə verilən suallara cavab verən balacalara “ Aran” qəzeti tərəfindən hədiyyə paylanmışdır.

Əziz balalarımız! Sizlər bizim gələcəyimizsiniz. Tanrı sizin üzünüzdə heç zaman körpə təbəssümünü və xoşbəxtliyini əksik etməsin. Daim gülün, sağlıqlı və xoşbəxt olun.BAYRAMINIZ MÜBARƏK!

Keçidlər