Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə ”Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda onlayn inşa yazı müsabiqəsi keçirilmişdir.

08 may 2021 | 11:00

Müsabiqənin keçirilməsində məqsəd Ulu Öndərimiz Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi, Heydər Əliyev ideyalarının gənclər arasında təbliği, həmçinin rayonda bacarıqlı və istedadlı gənclərin aşkar edilməsi olmuşdur. Rayon gənclərinin iştirak etdiyi müsabiqədə inşa yazılar e-mail vasitəsilə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinə göndərilib.

34 nəfər gəncin iştirak etdiyi inşa yazı müsabiqəsində Ağcabədi şəhər Məmməd Aranlı adına 11 saylı tam orta məktəbin şagirdi Fətəliyeva Xədicə Mübariz qızı I yerə, Mirzə Fətəli Axundov adına 3 saylı məktəb-liseyinin şagirdi İbrahimova Qumru Akif qızı II yerə, Məmməd Əsədov adına 5 saylı tam orta məktəbin şagirdi Həsənova Sevinc Yasin qızı isə III yerə layiq görülmüşdür.

İnşa yazı müsabiqəsinin qaliblərinə Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim ediləcəkdir.

Keçidlər