Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda çiyid səpininə geniş hazırlıq işləri gedir

03 aprel 2021 | 11:00

Republikanın pambıqçılıqla məşğul olan bölgələri kimi, rayonumuzun təsərrüfatlarında da növbəti çiyid səpini kampaniyasına geniş hazırlıq işləri görülür. 2021-ci təsərrüfat ili üçün emal müəssisələri ilə bağlamış müqavilələrə əsasən 1975 nəfər istehsalçı tərəfindən rayon üzrə 10 min 615 hektara yaxın sahədə pambıq əkilməsi nəzərdə tutulub.

Rayonun bütün təsərrüfatlarında çiyid səpinini yüksək keyfiyyətlə və mütəşəkkil təşkil etmək üçün ciddi addımlar atılır. Şumlanmış və suvarılma aparılmış pambıq əkini sahələrində kompleks aqrotexniki tədbirlər həyata keçirilir. Tarlalar çöplərdən təmizlənir, malalama işləri aparılır, lazımi gübrələrlə təmin olunur.

Bölgədə çiyid səpinini vaxtında və səmərəli təşkil etmək məqsədi ilə səpini aqreqatları, traktorlar və digər texniki vasitələr hazır vəziyyətə gətirilib. Sahələrdə yüksək keyfiyyətli və məhsuldar çiyid sortunun əkilməsi planlaşdırılıb. Mütəxəssislərin rəyinə görə, rayon təsərrüfatlarında çiyid səpininə aprel ayının birinci ongünlüyündə start veriləcək.

Keçidlər