Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “31 Mart Soyqırımı – Bu gün” adlı tədbir keçirilib.

31 mart 2021 | 11:00

Tədbiri giriş sözü açan Mərkəzin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva tədbir iştirakçılarını salamlayaraq bildirmişdir ki, tarixən xalqımız yadellilərin işğalına məruz qalmış,olmazın müsibətlərini görmüş,soyqırımlara məruz qalmış və bu soyqırımlar nəticəsində saysız - hesabsız insanlar itirilmiş,şəhidlər verilmiş və çoxlu sayda insanlar öz doğma yurd-yuvalarından didərgin salınmışlar.Daha sonra bu günə qədər başımıza gətirilmiş faciələrdə,soyqırımlarda,müharibələrdə dünyasını dəyişən,vətən naminə canından keçmiş bütün soydaşlarımızın,şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.”31 Mart Azərbaycanlıların soyqırımı günüdür “ adlı videoçarxın nümayişindən sonra mövzu ətrafında çıxışlara başlanılmışdır.Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədova
Ağcabədi şəhər Bələdiyyəsinin sədri Solmaz Rəhimova, Aran qəzetinin baş redaktoru Məhsəti Ağayeva, Y.Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzinin direktoru Odər Ağayev,əməkdaşı Gündüz Nəcəfov,Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin direktoru Əli Əhmədov çıxış edərək qeyd  etmişlər ki, Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı.Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.Bu gün də,xalqımızın başına gətirilən müsibətlər unudulmur,Azərbaycan ordusu qırx dörd günlük haqq savaşımızda düşmənlərdən elə hərb meydanında qisasını aldı,Cənab prezidentin təbiliycə desək, düşməni İti qovan kimi qovdu.Və xalqımıza öz dədə-baba torpaqlarının azad edilməsi sevincini yaşatdılar.Tədbirin sonunda xatirə şəkili çəkdirilmişdir.

 

Keçidlər