Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə onlayn foto müsabiqənin qalibləri mükafatlandırılmışdır.

30 mart 2021 | 11:00

30 mart 2021-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Novruz gəlir, Yaz gəlir” adlı onlayn foto müsabiqənin qaliblərinə diplomlar təqdim olunmuşdur.
Xatırladaq ki, “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın müvafiq bəndlərinin (2.1.20. istedadlı və yaradıcı gənclərlə işin daha effektiv və ünvanlı qurulması, 2.1.23.  gənclərin asudə vaxtının səmərəli təşkili) icrası məqsədi ilə  Novruz bayramı ilə əlaqədar olaraq “Novruz gəlir, Yaz gəlir” adlı onlayn foto müsabiqə 15-18 mart 2021-ci il tarixlərində keçirilmişdir. Müsabiqənin yekun nəticələrinə əsasən Ləman Zeynalova I yerə, Cavid Məmmədov II yerə, Rəmzi Mətləbzadə isə III yerə laiq görülmüşdür.

Keçidlər