Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində könüllülərlə bağlı tədbirlər davam etdirilir.

18 mart 2021 | 11:00

18 mart 2021-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzində mərkəzin könüllülərinin iştirakı ilə karantin rejiminin tələbləri qorunmaqla növbəti tədbir həyata keçirildi.
Mərkəzin direktor səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva tərəfindən Heydər Əliyev Mərkəzinin bələdçi vəzifəsi üzrə könüllüsü Ələsgərli Nərgiz Muxtar qızının Ulu Öndərin 1-ci,2-ci prezidentlik dövrü və Ağcabədi rayonuna səfərləri haqqında məlumatlar dinlənilmiş, ekskursiya zamanı ziyarətçilərlə yaş qrupuna görə ünsiyyət qurulması və davranış qaydaları izah edilmişdir.
Bildiririk ki, 3 ay müddətində könüllülərə mərkəzdə sənədlərlə işləmək, ekskursiya aparmaq, tədbirlərdə təşkilatçılıq və digər işlər öyrədilir.
Qeyd edək ki, könüllü kimi fəaliyyət göstərmək istəyən hərkəs Heydər Əliyev Mərkəzinə müraciət edə bilər.

 

Keçidlər