Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov COVİD-19 əleyhinə vaksin olunub

09 mart 2021 | 11:00

Ölkəmizin bütün regionlarında olduğu kimi Ağcabədidə də Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVİD-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir. 
9 mart 2021-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Mərkəzi rayon Xəstəxanasına gələrək vaksinasiya prosesinin gedişi ilə maraqlanıb, burda yaradılmış şəraitlə tanış olub.
Sonra icra başçısı xəstəxanada tibb işçilərinin nəzarəti altında COVİD-19 əleyhinə vaksin olunub.

Keçidlər