Şriftin ölçüsü :

Saytın rəngi :

“Nizaminin Sirli Xəzinəsi” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

11 mart 2021 | 11:00

05 fevral – 10 mart  2021-ci il tarixlərində Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 2021 – ci ilin “Nizami Gəncəvi İli” elan olunması ilə  əlaqədar olaraq keçirilən ” Nizaminin Sirli Xəzinəsi” başlığı altında inşa yazı müsabiqəsi keçirilmişdir.

Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2021-ci il tarixli Sərəncamının icrası və dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığının daha dərindən öyrənilməsidir.
Ağcabədi şəhər M.Əsədov adına 5 saylı tam orta məktəbin şagirdi Şahverdiyeva Fidan İlham qızı birinci, Ağcabədi şəhər S.Vurğun adına 4 saylı tam orta məktəbin şagirdi Abdullayeva Gülər Feruz qızı ikinci, Ağcabədi şəhər M.Əsədov adına 5 saylı tam orta məktəbin şagirdi Əkbərova Fəridə Zahir qızı üçüncü yerə layiq görülüb.İnşa yazı müsabiqəsinin qaliblərinə Ağcabədi rayon Heydər Əliyev Mərkəzi tərəfindən diplomlar təqdim edilmişdir.

Keçidlər