Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunun Sarıcalı kəndində 360 şagird yerlik məktəb binası inşa edilir

06 mart 2021 | 11:00

Ağcabədi rayonu Sarıcalı kənd tam orta məktəbi üçün 360 şagird yerlik yeni bina inşa edilir. Tikinti işləri Prezident İlham Əliyevin “Ağcabədi rayonunun Sarıcalı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 4 iyun tarixli Sərəncamına əsasən aparılır.

İkimərtəbəli yeni məktəb binasının tikinti sahəsi 2712 kvadratmetrdir. Yeni məktəb binasında 16 sinif otağı, kimya və fizika laboratoriyaları, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılacaq. Həyətdə idman meydançası, qazanxana, nasosxana, transformator yarımstansiyası, generator, içməli, çirkab və yanğın əleyhinə su anbarları inşa ediləcək, subartezian quyusu qazılacaq, abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaq.

Hazırda binanın bütün korpuslarında beton-qəlib və hörgü işləri həyata keçirilir. Binanın tikintisinin bu il başa çatdırılması nəzərdə tutulur.

 

Keçidlər