Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində könüllülərlə bağlı tədbirlər davam etdirilir.

08 fevral 2021 | 11:00

08 fevral 2021-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzində mərkəzin könüllülərinin iştirakı ilə karantin rejiminin tələbləri qorunmaqla növbəti tədbir həyata keçirildi. 
Mərkəzin direktor səlahiyyətlərini müvəfəqqəti icra edən Rövşanə Əliyeva Heydər Əliyev Mərkəzinin bələdçi vəzifəsi üzrə könüllüsü Ələsgərli Nərgiz Muxtar qızına Ulu Öndərin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verdikdən sonra, ekskursiya zamanı ziyarətçilərlə yaş qrupuna görə ünsiyyət qurulması və davranış qaydalarını izah etdi.
Bildiririk ki, 3 ay müddətində könüllülərə mərkəzdə sənədlərlə işləmək, ekskursiya aparamaq, tədbirlərdə təşkilatçılıq və digər işlər öyrədilir.
Qeyd edək ki, könüllü kimi fəaliyyət göstərmək istəyən hərkəs Heydər Əliyev Mərkəzinə müraciət edə bilər.

 

Keçidlər