Şriftin ölçüsü :

Saytın rəngi :

“20 Yanvar – şəhidlik zirvəsi” mövzusunda onlayn videokonfrans

19 yanvar 2021 | 11:00

19 yanvar 2021-ci il tarixdə Azərbaycan Respulikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı əsasında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı “20 Yanvar – şəhidlik zirvəsi” mövzusunda onlayn videokonfrans keçirilmişdir.
Konfransda bir sıra rəhbər şəxlər,o cümlədən Respublikanın ayrı-ayrı bölgələrindən fəal gənclər olmaqla ümumilikdə 500 nəfər iştirak etmişdir.
    Tədbiri giriş nitqi ilə GİN-in müavini İntiqam Babayev açmış, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir açıq elan edilmişdir. Nazir müavini İntiqam Babayev ətraflı çıxışında xalqımızın tarixi birliyindən və qəhrəmanlıq səlnaməsindən, eləcə də faciə nəticəsində beynəlxalq konvensiyaların pozulmasından və insan hüquqlarının tapdanılmasından geniş bəhs etmişdir. Daha sonra sözü Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri sektorunun müdiri İrfan Davudova vermiş və O da öz çıxışında faciə barəsində geniş fikirlərini bölüşmüş,daha sonra Prezident İlham Əliyevin xüsusən də son çıxışlarında Azərbaycan gəncliyinə verdiyi dəyərdən, xalqımızın gələcəyinin gənclərin əlində olduğundan ətraflı danışmışdır. Ardıcıl olaraq mövzu ətrafında millət vəkili Şahin İsmayılov, Naxçıvan Muxtar Respulikası Gənclər və İdman Nazirinin müavini Məcid Seyidov, Bakı Şəhər Gənclər İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Qarabağ qazisi-ehtiyatda olan kapitan Anar Məmmədov , “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi”nin sədri Emin Həsənli, zərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev, Tələbə Gənclər Təşkilatının sədri Pərviz Mirələmli də mövzu ətrafında çıxışlarını davam etdirmişlər. Konfransı öz yekun nitqi ilə GİN-in müavini İntiqam Babayev yekunlaşdırmışdır.
   Onlayn videokonfransda Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev, idarənin əməkdaşları və Ağcabədi rayon gəncləridə iştirak etmişdir.

Keçidlər