Şriftin ölçüsü :

Saytın rəngi :

”20 Yanvar faciəsi-Qan Yaddaşı” başlığı altında keçirilən onlayn inşa yazı müsabiqəsinə yekun vurulub.

19 yanvar 2021 | 11:00

12-18 yanvar 2021-ci il tarixlərində Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “20 yanvar” faciəsinin 31-ci ildönümü ilə əlaqədar olaraq gənclər arasında ”20 Yanvar faciəsi-Qan Yaddaşı” başlığı altında onlayn inşa yazı müsabiqəsi keçirilmişdir.
    Müsabiqənin keçirilməsində məqsəd “20 Yanvar” faciəsi zamanı qanını, canını vətən uğrunda fəda edən şəhidlərimizin xatirəsinin yad olunması, həmçinin rayonda bacarıqlı və istedadlı gənclərin aşkar edilməsi olmuşdur. Ağcabədi rayon gənclərinin iştirak etdiyi müsabiqədə inşa yazılar e-mail vasitəsilə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinə göndərilib.
    32 nəfər gəncin iştirak etdiyi inşa yazı müsabiqəsində Səbuhi Quliyev birinci, Nəzrin Mamedova ikinci, Orxan Əliyev üçüncü yerə layiq görülüb.
    İnşa yazı müsabiqəsinin qaliblərinə Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim edilmişdir.

Keçidlər