Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədili fermerlər 17 min tondan çox şəkər çuğunduru istehsal ediblər

05 yanvar 2021 | 11:00

Keçən il 440 hektar sahədə şəkər çuğunduru becərən Ağcabədi rayonunun torpaq mülkiyyətçiləri 17 min 25,8 ton məhsul əldə ediblər.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hər hektardan orta məhsuldarlıq 387 sentner təşkil edib. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilib.

Qeyd edək ki, şəkər çuğunduru Ağcabədi rayon sakinlərinin becərdikləri əsas kənd təsərrüfatı bitkilərindəndir. Vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur.

Keçidlər