Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunur

30 dekabr 2020 | 11:00

Bütün Azərbaycanda olduğu kimi, Ağcabədidə də qazilər, şəhid ailələri diqqət mərkəzində saxlanılır, ziyarət olunur, bu ailələrin qayğıları ilə bağlı işlər həyata keçirilir.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə Ağcabədi rayonunda şəhid ailələrinin ziyarətinə başlanılıb.
Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun və İcra Hakimiyyəti aparatının əməkdaşlarının iştirakı ilə baş çəkilən şəhid ailələrinə bayram sovqatı, eyni zamanda şəhid olan hərbçilərimizin övladlarının hər birinə plastik kartlar hədiyyə olunub. Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən təqdim olunan həmin kart hesablarına ilkin olaraq bayram münasibətilə, daha sonra hər ay müəyyən məbləğdə pul vəsaiti köçrüləcəkdir.
Şəhid ailələrinə dövlət qayğısı, dövlət dəstəyi böyükdür. Lakin, onların diqqətdə saxlanması həm də bizim vətəndaşlıq borcumuzdur və hər birimiz bacardığımız qədər ərazi bütövlüyümüz uğrunda canından, qanından keçən qəhrəmanlarımızın ailələrinin, sağlamlığını itirmiş igidlərimizin yanında olmalı, mənəvi dəstəyimizi əsirgəməməliyik. Biz bu qələbəni birliyimiz hesabına qazandıq. Qoy bu birlik əbədi olsun. Hər zaman həmrəy olaq!

 

Keçidlər