Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə 28 min hektardan artıq sahədə taxıl səpilməsi nəzərdə tutulur

19 dekabr 2020 | 11:00

Bu il taxıl zəmilərindən bol məhsul götürən Ağcabədi rayonunun fermerləri və torpaq mülkiyyətçiləri payızlıq səpini davam etdirirlər.

Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, bu günədək 30 min 792 hektar sahədə payızlıq şum qaldırılıb, 16 min 545 hektarda buğda, 6452 hektarda arpa səpilib. Səpin kampaniyasına lazımi qədər traktor, taxılsəpən aqreqat, mala və digər texnika cəlb edilib. Gələn ilin məhsulu üçün 28 min hektardan artıq sahədə taxıl səpilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Ağcabədi taxılçıları bu il 28 min 324 hektar taxıl sahəsindən 105 min 494 ton məhsul əldə ediblər. Məhsulun 77 min 150,9 tonu buğda, 28 min 343,1 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla 37,2 sentner, o cümlədən buğda sahələrində 38,6 sentner, arpa sahələrində isə 34 sentnerdir.

Keçidlər