Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə 22 iyul - Milli Mətbuat günü münasibətilə videokonfrans keçirilib.

22 iyul 2020 | 11:00

22 iyul 2020-ci il tarixdə Milli mətbuatın 145 illik yubileyi ilə əlaqədar olaraq Ağcabədi rayon İcra Hakimiyyətinin və Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə videokonfrans keçirilib. Ağcabədi rayon İcra Hakimiyyətinin və Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşlarının, Ağcabədi şəhər ümumtəhsil məktəblərinin direktorlarının, mətbuat və mədəniyyət işçilərinin qatıldığı videokonfransı giriş nitqi ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa Milli mətbuatımızın tarixi və dövlətin mətbuata qayğısı barədə ətraflı məlumat verərək bildirib ki, dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri olduğunu bildirən Məhsəti Musa, Ulu öndər Heydər Əliyevin milli mətbuata göstərdiyi diqqət və qayğının bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı.
Daha sonra Ağcabədi RİHB Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vüsalə Məmmədovanın “Milli mətbuatımızın tarixi” adlı məruzəsi dinlənilib.
Ağcabədi rayonunda nəşr olunan “Aran” qəzetinin əməkdaşı Adil Misirli, mədəniyyət işçisi, şair Gündüz Sevindik, Ağcabədi şəhər 1 saylı tam orta məktəbin direktoru Səadət Kazımova çıxış edərək bildiriblər ki, Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğuraraq, xalqımızın milli oyanışında, birliyinin möhkəmləndirilməsində böyük rol oynayıb.  Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində isə mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoyub.

 

Keçidlər